Milli Müdafiə Universitetinin stendi sərgidə nümayiş olunub

Milli Müdafiə Universitetinin stendi sərgidə nümayiş olunub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, sərgidə MMU-da mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, bukletlər paylanılıb.MMU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə