Venesuelada seçkilər vətəndaş müharibəsi yaradıb. Ölənlər var TƏHLİL

Venesuelada seçkilər vətəndaş müharibəsi yaradıb. Ölənlər var TƏHLİL

Venesuelada son iki gündə təhlükəsizlik qüvvələri ilə prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edənlər arasında baş verən insidentlərdə həyatını itirənlərin sayı artır. Məlumata görə, paytaxt Karakas başda olmaqla bir çox yerdə nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 16-ya yüksəlib. Bu rəqəmə Venesuela ordusundan həlak olan əsgər də daxildir. Etirazların şiddəti artdıqca minlərlə əsgər və polis Karakasın meydanlarına, küçələrinə və magistral yollarına göndərilir.
Venesuelada rəsmilər bildirir ki, etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin gördüyü tədbirlər sayəsində böyük ölçüdə nəzarət altına alınıb. Nümayişlərdə ölən müxalifətçi Olinger Montano Lopezin xalası ölkədəki vəziyyətə görə üç övladının da ABŞ-a qaçdığını bildirib. O, "Burada qalanda səni öldürürlər. Aclıq səni öldürür, cinayətkarlar və ya rəhbərlik səni öldürür" deyib. Belə ki, kütlənin toplandığı yerlərə motosikletlə yaxınlaşan cinayətkarlar müxalifətçilərə doğru atəş açmağa başlayıb. Zərərçəkənlərdən biri deyib “Hamıya atəş açmağa başladılar. Biz daha yaxşı Venesuela, uşaqlarımız üçün daha yaxşı gələcək arzulayarkən baş verənlərə baxın".
Belə ki, seçkilərdə qalib gəldiyini iddia edən Maduro tərəfdarları seçkilərin 2031-ci ilə qədər hakimiyyət səlahiyyəti verdiyini, müxalifətin isə bunu qəbul etməli olduğunu iddia edirlər. Müxalifət isə ən az 70% səs topladığını iddia edərək hakimiyyətin onlarda olacağını düşünür. Beləliklə, paytaxt Karakasda həm müxalifət, həm də Nikolas Maduronun tərəfdarları etiraz aksiyası keçirib. Tərəfdarlarını Prezident Sarayına toplayan Maduro müxalifət liderlərini zorakılıqda ittiham edib. Parlament sədri Xorxe Rodriges isə müxalifət liderlərini faşist adlandıraraq onların həbsini istəyib. Seçki nəticələrinin surətlərini götürərək ictimaiyyətə paylayan müxaliflər, dövlətin əlində olan sənədlərin saxtalaşdırıldığını və onların Madurodan iki dəfə çox səs topladıqlarını iddia ediblər.
BMT-nin Karakasdakı nümayəndəliyi qarşısında keçirilən mitinqdə Maçado deyib: "Biz hər səsi müdafiə edəcəyik və bütün dünyanın qəbul etdiyini rejimin də tanımasını təmin edəcəyik. Bizim yeni prezidentimiz Edmundodur". Müxalifət liderləri silahlı qüvvələrə də müraciət edərək, "Venesuela xalqını sıxışdırmaq üçün heç bir əsasınız yoxdur. Bazar günü baş verənləri siz də bilirsiniz. Sülhə gedən yol həqiqətdən keçir", - deyib. Beləliklə, əvvəlki seçkilərdə də oxşar iddialarla çıxış edən opponentlər bu dəfə geri addım atmaq niyyətində olmadıqlarını bildirirlər. ABŞ dövlət katibi Brayan Nikols isə xalqın ifadə azadlığının olduğundan bəhs edib və müxalifət liderlərinin həbsinə qarşı çıxıb.
Belə ki, inkişaf etmiş neft ölkəsi olan Venesuelada aşkar şəkildə xalqın iradəsinə qarşı çıxaraq dinc nümayişlərə hörmətlə yanaşmırlar. Cənubi Amerikadan Kuba, Nikaraqua, Boliviya, Honduras, dünyadan isə Rusiya, Çin, İran, Şimali Koreya və Suriya Maduroya dəstək ifadə verib.
Venesuelada baş verən son hadisələr ölkənin dərin siyasi və sosial böhran içərisində olduğunu açıq şəkildə göstərir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar nəticəsində ölənlərin sayının artması ölkədə zorakılıq və iğtişaşların miqyasını ortaya qoyur. Beynəlxalq ictimaiyyətin reaksiyaları və regional dəstək göstərir ki, böhran təkcə daxili dinamika ilə məhdudlaşmır, həm də beynəlxalq münasibətlərə təsir edir. Beləliklə, Venesuelanın gələcəyi bu dərin siyasi münaqişələrin necə həll olunduğundan və cəmiyyətdə sülh mühitinin necə təmin olunduğundan asılı olaraq formalaşacaq.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə