“Azərbaycanda parlament seçkilərinə hazırlıq işi yüksək şəkildə təşkil olunub“ - ŞƏRH OLUNDU
“Azərbaycanda parlament seçkilərinə hazırlıq işi yüksək şəkildə təşkil olunub. Seçkidə həm hakim partiya YAP-ın üzvləri, həm də müxalif partiya üzvləri öz namizədliklərini irəli sürüblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, bəzi müxalif partiyalar isə seçkilərdə iştirak etməkdən imtina edərək, seçki prosesini boykot edirlər: “Seçkidə o partiyalar iştirak edir ki, seçkidə qalib çıxmağı düşünürlər və buna da müəyyən mənada haqları var.
Avropa İnstitutlarının isə ölkəmizdə keçirilən seçkilərə münasibətinin mənfi, qərəzli, birtərəfli olduğunu müşahidə etmişik. Buna görə də hesab edirəm ki, Avropa İnstitutlarının seçki prosesini müşahidə etməsi qəbulolunmazdır. Onların aşıladığı ikilistandartlar bizim cəmiyyətimizdə qəbul edilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB