Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyəti Tehranda yenidən bərpa edilən Azərbaycanın İrandakı səfirliyini ziyarət edib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.
Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB