ABŞ-da seçki rəqabəti. Keçmiş prezident az fərqlə öndədir

ABŞ-da seçki rəqabəti. Keçmiş prezident az fərqlə öndədir

ABŞ-da seçkilərə qalan vaxt azaldıqca rəqabət daha da güclənməkdədir. Belə ki, dünən dərc olunan sorğu nəticələrinə əsasən, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki yarışında ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harrisdən iki faiz öndədir. Daha əvvəl verilən məlumata görə, Tramp bu ayın əvvəlində keçirilən sorğuda prezidentlik yarışından geri çəkilən prezident Co Baydendən 6 faiz öndə olub.

Qeydiyyata alınmış 1000 seçici üzərində aparılan sorğuya əsasən, Tramp 49 faiz, Harris isə 47 faiz səs toplayıb. Görünən odur ki, Kamala Harris, Co Baydendən daha uğurlu seçki kampaniyası yürüdərək öz rəqibinə xeyli yaxınlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə