2-ci Şuşa Qlobal Media Forumu son dərəcə vacib zamanda keçirildi ŞƏRH

İyulun 20-22-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Əslində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması oldu. “Dezinformasiya xəstəlik kimidir. Düzünü desək, dərmanı olmayan bir epidemiyaya bənzəyir. Təəssüf ki, bu gün texnologiyanın inkişafı belə dezinformasiyanın qarşısını ala bilmir. Buna görə də forum son dərəcə vacib zamanda keçirilən bir tədbirdir”. – Forumda iştirak edən ABS Qlobal Siyasət İnstitutunun prezidenti Paola von Şirak söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı, iştirakçıların çoxlu sayda suallarının ətraflı cavablandırılması dünya içtimaiyyəti arasında və mediasında böyük maraq doğurmuşdur.

Prezident Forumda qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasında münaqişə idi və bütün erməni diasporasının səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yalnış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.

Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq.

1992-ci ildə ABŞ Kongresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tədbiq edildi. Absurd bir vəziyyətdir ki, humanist böhrana məruz qalan, bir million qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

ABŞ Konqresində antiazərbaycan və antitürk siyasəti ilə seçilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri hələ 2015 ildə cinayət məsuliyyətinə cəlb edilmişdi. Senator o zaman korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan vaxt vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda korrupsioner-siyasətçi Menendezin çirkin əməllərini ifşa edərək demişdi: “Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti Azərbaycan lobbisidir. Təəssüf edirik ki, Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır... Bir sözlə, biz bu insanları tanıyırıq və bilirik ki, onları erməni lobbisi maliyyələşdirir. Bilirik, çox güman ki, bu cür işbirliyinin kökü heçdə saf deyil”.

Menendezin erməni lobbiçisi kimi hayların ABŞ-dakı diaspor təşkilatlarından rüşvət aldığı artıq təsdiqlənib. Senatorun qızıl külçələrlə də rüşvət aldığı məlumdur. ABŞ-nın bəzi qəzetlərinin paylaşımında senator Menendezin erməni əsilli həyat yoldaşı Nadin Arslanyanın qaranlıq maliyyə fəaliyyətini ifşa edən araşdırma nəticələrini dərc edib. 2020-ci ildə maliyyə çətinliyi yaşayan Arslanyan Menendezlə ailə qurduqdan dərhal sonra maliyyə dönüşü yaşaması, birdən-birə 400 min ABŞ dolları dəyərində qızıl külçələri nağdlaşdırılması diqqət çəkib. Bunların hamısı, o cümlədən külçə qalmaqalı əslində Menendezin açıq-aydın ifşasıdır.

Korrupsiya əməllərinə görə Menendezlə yanaşı, onunla əlbir olan Nyu-Cersi ştatından olan iş adamları Layl Xana və Freyd Daybors da mühakimə olublar. O ki qaldı Nadin Menendez-Arslanyanın məhkəməsinə, onun xəstəliyi ilə əlaqədar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Təcrübə göstərir ki, ABŞ və bəzi Avropa qurumları və ölkələrində baş verən korrupsiya, rüşvətxorluq qeyri-obyektiv, qərəzli və ədalətsiz davranışlar və cinayət əməlləri nədənsə bu ölkələrin mediasından sanki sığortalanıblar. Belə olmasa bu yaxınlarda Avropa İttifaqının Ermənistana 10 million dollar həcmində yardım göstərməsini necə izah etmək olar? Hansı “xidmətlərinə” görə hazırda Avropa İttifaqı ilə Ermənistan arasında vizaların liberallaşdırılması ətrafında müzakirələr aparılır?

Aydındır ki, Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyini bərpa etməsi Avropa İttifaqının, Avropa Parlamenti, AŞPA-da bəzilərini çox narahat edib, erməni lobbisindən aldıqları rüşvətin müqabilində ermənidən çox erməni olmaq məcbiruyyətində qalıblar. Son zamanlar korrupsiya və rüşvətxorluğa quraşmış Avropa qurumlarında rəhbər vəzifələrdə çalışanların, deputatların əməllərinin üzə çıxması xeyli artıb.

Avropa Parlament sədrinin müavini Eva Kayli rüşvətxorluq, korrupsiya əməllərinə görə tutulmuş, barəsində cinayət işi açılmışdır. Eva Kayli ilə yanaşı Fabio Massimo Kastaldo, Marketa Qreqorova və digərilərinin adlarını çəkmək olar. Axtarış zamanı 16 ünvandan onlara məxsus 1 miliona yaxın avro tək nəqd şəklində aşkar edimişdir. Onlar və bəzi digər deputatlar təmsil olduqları ölkələrin maraqlarına, enerji təhlükəsizliyinə zidd çıxışları ilə seçilmişdirlər. 2-ci Şuşa Qlobal Media Forumu dünyada böyük əks-səda doğurmuşdur. Xarici mətbuat orqanları Forumun əhəmiyyətini vurğuluyaraq, müzakirə edilən məsələlərin bu gün üçün nə qədər aktual olduğunu qeyd etmişdirlər. Forumda inkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittihamların olduğu haqqında fikirlər səsləndirilimişdir. Azərbaycanın sədrlik etmiş Qoşulmama hərəkətinin bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Millionlarla insan bunu yaşamış və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Fransa kolonializminin təkamülü: siyasi və konstitusional tədqiqat” adlı hesabatında BMT-nın tanınmış eksperti, Amerika Birləşmiş Ştatlarının vətəndaşı Dr.Karlayl Korbin bildiridi ki, 30 ildən artıq dövrdə Fransa Polineziyada nüvə sınaqları aparır. O qeyd edib ki, bu sınaqlar ekologiyaya ziyan vurur, əhalinin sağlamlığına neqativ təsir göstərir. Onun sözlərinə görə “Bütün bunlar Fransa tərəfindən kompensasiya verilməsini zəruri edir. Lakin Fransa hakimiyyəti bundan qəti imtina edir”.

Ölkələrin keşmiçi bu iyrənc qalığından özlərini azad etmək üçün dünya ictimaiyyətinin köməyinə ehtiyacı var. Azərbaycan bu köməyi göstərməyə hazırdır. Təəssüf olsun ki, Fransa höküməti yenə də mediadan istifadə edərək Azərbaycanı ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Əslində Fransa öz kolonial siyasətinin müdafiəsi üçün hər şeyə əl atır. Biz bunu Avropa İttifaqında, BMT-də anti Azərbaycan möbqeyi ilə əlaqələndiririk. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupu bu mənada müstəsna əhəmiyyətə malikdir. Fransa və bəzi digər ölkələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan danışıqlardakı irəliləyişdən narahat olublar. Belə olmasaydı Fransanın Ermənistanı silahlandırılmasını necə dəyərləndirmək olardı? Fransa Cənubi Qafqazda sülh görmək istəmir, Ermənistan vasitəsi ilə burada dominant ölkə olmağını istəyir. Azərbaycan regionda davamlı sülhün bərqərar olmasını istəyir və bunun üçün səylərini əsirgəmir. Bizim istəyimiz budur ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Biz buna inanırıq, vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdar kimi yanaşılır.

Elxan Hüseynov

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının Sədri

Bütün xəbərlər Facebook səhifəmizdə