SOCAR prezidenti Sumqayıtdakı emal müəssisələrinin transformasiya proqramı ilə tanış olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub. SİA-ya SOCAR-dan verilən məlumata görə, səfər zamanı yenidənqurma layihələri nəticəsində müəssisələrin xammal təminatının və keyfiyyətinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Həmçinin, SOCAR-ın Sumqayıtda yerləşən emal müəssisələrində tətbiq edilən texnologiyalar və maliyyə effektləri barədə məlumat verilib, gələcək hədəflər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə