Qazaxıstan Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Qazaxıstan Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev COP29-da iştirak etmək üçün Bakıya gələcək. SİA xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır və buna dövlət başçıları arasında sıx siyasi dialoq kömək edir.

“Bu il Prezident Tokayev Azərbaycana iki dəfə səfər edib. Onun bu ilin noyabrında keçiriləcək COP29-da iştirakı da gözlənilir”, - diplomat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə