Azərbaycanın artan nüfuzu, lider dövlətə çevrilməsi Fransanı ciddi narahat etməkdədir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli, düşmən mövqeyini uzun illərdir ki, davam etdirir. Bu mövqe son illərdə daha da kəskinləşib və Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münasibətlər demək olar ki, kökündən dəyişdirilib və dövlətimizə, xalqımıza qarşı böhtan, şantaj kampaniyası davam etdirilməkdədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xatırlatma edib və qeyd edib ki, Fransa ATƏT-in Minsk Qrupunun bir üzvü kimi 30 ildə Azərbaycan torpaqları işğal altında olduğu müddətdə heç bir vaxt Azərbaycanın haqlı mövqeyini ortaya qomayıb, neytral, yanlış mövqe tutubdur və daimi olaraq, Ermənistanı, təcavüzkarı müdafiə edibdir.
“Müharibədə tarixi qələbəmiz, anti-terror tədbirləri və Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda lider dövlətə çevrilməsi bu gün Fransanı ciddi narahat etməkdədir və Emmanuel Makron demək olar ki, özünün düşmənçilik siyasətini hər an göstərir və ən mötəbər tədbirlərdə Azərbaycana qarşı yanlış fikirlər söyləməsi dövlətimizin imicinə zərbə vurmaq məqsədi daşıyır. Bu çirkin məqsəd Avropa Birliyinin 4-cü Sammitində də özünü aydın göstəribdir. Emmanuel Makron həmin tədbirdə Ermənistanı sülhsevər bir dövlət kimi qələmə verib və Ermənistana qarşı guya haqsızlığın olduğunu bildirib və Azərbaycana qarşı yenə də düşmən mövqeyindən çıxış edibdir. O, Ermənistanın hərbləşdirilməsi siyasətinə haqq qazandırmaqla, əslində, sülhün bərqərar edilməsinə deyil, Cənubi Qafqazda müharibənin yenidən alovlanmasına bir zəmin yaradır. Əlbəttə ki, bu, beynəlxalq normalara tamamilə ziddir, Azərbaycanın müstəqilliyinə, suverenliyinə bir təhdiddir, faşist dövləti olan Ermənistanı müharibəyə qızışdırmaqdır. Ancaq Emmanuel Makron kimi siyasətçilər nə qədər səy göstərsələr də Azərbaycana qarşı heç bir təsir mexanizmini həyata keçirə bilməzlər. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada balanslaşdırılmış bir siyasət aparır, sülhün, əmin-amanlığın, tərəfdaşlığın tərəfdarı kimi öz fikirlərini ən mötəbər tribunalardan deyir və o Sammitdə də, dünyanın bir çox ölkələrinin rəhbərləri ilə görüşlərində öz fikrlərini, bəşəri ideyalarını ortaya qoyur.
Sözsüz ki, hər bir fəaliyyət əməldə, işdə, nəticələrdə özünü göstərir və bu gün Azərbaycanın haqq yolunda, ədalət yolunda atdığı addımlar bəşəriyyət tərəfindən, sülhsevər dövlətlər tərəfindən yüksək qiynətləndirilir. O, Avropa Birliyinin Sammitində də özünü göstərdi və burada cənab Prezident dünyanın lider dövlətləri ilə görüşündə, dünyanın ən nüfuzlu siyasətçisi, dövlət rəhbəri kimi qəbul olundu və onun fikirləri qiymətləndirildi. Bu gün Fransanın tutduğu mövqe, onun rəhbərinin fikiriləri bəşəriyyət üçün bir təhdiddir, insanlığa xəyanətdir və sözsüz ki, bu da bu gün Fransada özünün ağrılı nəticələrini verməkdədir. Artıq Makron Fransada, eləcə də dünyada qəbul olunmayan bir siyasətçi, cılız bir rəhbər kimi təqdim olunur və onun fəaliyyətinin sonu yetişibdir. Ancaq demək istəyirəm ki, Fransanın tutduğu bu mövqe sözsüz ki, Fransa xalqının fikri deyil və bu heç də hörmət, ehtiram gətirmir. Azərbaycan qüdrətli dövlətdir və onun yürütdüyü siyasət bu gün dünyada qəbul olunursa, Azərbaycana qarşı göstərilən hər hansı bir çəhd sözsüz ki, qətiyyətlə aradan qaldırılacaq və düşmənin arzuları gözündə qalacaqdır”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə