“Avropa İttifaqı görürür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir“ - DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyevin çox uğurlu xarici siyasəti sayəsində Azərbaycanın dünyada nüfuzu günü-gündən artmaqdadır. Azərbaycan dünya gündəliyi üçün vacib bir çox tədbirlərə dəvət alır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə hamının diqqət mərkəzində olduğu, ünsüyyət qurmaq istədiyi liderdir: “Bu baxımdan Böyük Britaniyanın Oksford şəhərində keçirilən Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayının çox olması liderimizin şəxsiyyətinə olan böyük inam və hörmətin göstəricisi hesab edirəm. Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Bu gün Avropa İttifaqı enerji daşıyıcıları ilə təchizatında böyük çətinliklərlə qarşılaşmışdır. Azərbaycan isə Avropa İttifaqını qazla təchizatında alternativsiz mənbəyə çevrilmişdir. 2027-ci ilə qədər Avropaya qaz ixracımızı 20 milyard kub metrə çatdırmağa hədəfləmişik. Avropa İttifaqı görürür ki, Prezident İlham Əliyevin sözü imzası qədər möhkəmdir. Ona görə də Avropa Liderləri dövlət başçımızla görüşməyə, əməkdaşlığını genişləndirməyə çalışır. Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısında iştirak edən dövlət başçıları arasında Prezident İlham Əliyevin şəxsiyyəti kənardan görməmək mümkün deyil. Hətta dövlət başçımızın keçirdiyi görüşləri Paşinyan da kənarda tək-tənha oturub izlədiyini foto kadra düşmüşdür. Bəli, ona görə də Paşinyan böyük şəxsiyyət Prezident İlham Əliyevlə görüşməkdən qorxaraq geri çəkildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə