Milli-mənəvi dəyərlərimizin yaşadılması üçün birliyimizə ehtiyac var FOTOLAR

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi "Milli-mənəvi dəyərlərin yaşadılması" layihəsi çərçivəsində növbəti tədbirini Saatlı rayonunda keçirib

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin yaşadılması" layihəsi çərçivəsində növbəti tədbirini Saatlı rayonunda keçirib. Rayonun Gənclər Mərkəzində baş tutan tədbir də mövzu ətrafında maraqlı müzakirələr aparılıb, diskusiyalar təşkil olunub. Layihənin rəhbəri, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev tədbir də çıxış edərək milli mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi üçün ardıcıl olaraq ictimaiyyət arasında maarifləndirmə işinin təşkilinə ehtiyac olduğunu bildirdi: "Müasir dünyanın yenilikləri, sürətlə davam edən qloballaşma əksər ölkələr kimi Azərbaycanımızdan da yan keçməyib. Lakin yenilik, müasirlik heç də xalqımıza məxsus adət-ənənələrinin kölgəyə sıxışdırılması demək deyil. Digər tərəfdən milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizə idxalı yolverilməzdir. Azərbaycan xalqı üçün min illər boyu mövcud olmuş milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması vacibdir. Bu iş də birliyimizə və həmrəyliyimiz zərurət var".

Tədbir də çıxış edən ikinci Qarabağ müharibəsinin iştirakçısı Çingiz Abdullayev milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir gəncliyin üzərinə düşən başlıca vəzifələrdən olduğunu söylədi. Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Səməndərli isə çıxışında Azərbaycan xalqının özünəməxsuz adət-ənənəsi olduğunu və bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mühüm Fərman və Sərəncamlar imzalandığını bildirdi. Digər çıxış edənlər Gənclər Mərkəzinin əməkdaşı Əli Paşayev, Saatlı rayon RMX-in əməkdaşları Elsevər Həziyev, Ruslan İbrahimov və digərləri çıxışlarında Azərbaycan dövlətinin qurucusu və xilaskarı Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əvəzsiz rolundan danışdılar, bildirdilər ki, Dahi Öndərimiz milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımız deyil, eyni zaman da dövlət quruculuğu prosesinin mühüm atributu hesab etdirirdi. Ona görə də çox böyük fədakarlıqla xalqımıza məxsuz milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görürdü.

Tədbirin sonun da iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə