Parlament seçkilərində təşviqat prosesi ilə bağlı açıq və qapalı məkanlar müəyyənləşməlidir - MƏZAHİR PƏNAHOV
"Parlament seçkiləri ilə əlaqədar təşviqat prosesi ilə bağlı açıq və qapalı məkanların müəyyənləşdirilməsinə başlamalıyıq". SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müvafiq tədbirlərə artıq start verilib: “Hava şəraiti ilə əlaqədar açıq məkanlara üstünlük verilə bilər”.
MSK-nın sədr müavini Rövzət Qasımov isə bildirib ki, namizədlər və seçicilər əsasən ənənəvi məkanlara üstünlük verirlər: “Yaxın zamanda seçkiqabağı təşviqat başlamazdan öncə bu barədə məlumat veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB