“Yaxın vaxtlarda müşahidə üçün dəvət göndərilən təşkilatların adları açıqlanacaq“ - Rövzət Qasımov

“Yaxın vaxtlarda müşahidə üçün dəvət göndərilən təşkilatların adları açıqlanacaq“ - Rövzət Qasımov

“Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan seminar keçirilir. Seminarda namizədlərin öz namizədliyinu irəli sürmə qaydası, seçici imzalarının toplanması qaydası müzakirə ediləcək”. SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

“Yaxın vaxtlarda dəvət göndərilən təşkilatların adları açıqlanacaq. Ölkəmizdə seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə 3 qurum dəvət göndərir. Artıq 26 qurum seçkini müşahidə etmək üçün ölkəyə dəvət olunub”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə