Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Böyük Britaniyanın Leyboristlər Partiyasının iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gəlməsi proqnozlaşdırılır. Bununla da partiya 14 illik müxalifət dövründən sonra yenidən hakimiyyətə gələ biləcək.

SİA xəbər verir ki, səsvermə ərəfəsində partiyanın manifestində əksini tapmış əsas daxili siyasət planları arasında iqtisadi artımla bağlı vədlər var. Buna görə Keir Starmerin lideri olduğu partiya davamlı iqtisadi artımın hökumət üçün ilk missiyası olacağını söyləyib. Hökumət biznesin və işçilərin tərəfdarı olacaq, qısamüddətli iqtisadi siyasətə son qoyacaq yeni sənaye strategiyasını təqdim edəcək.

Leyboristlərin manifestində işçilər üçün gəlir vergisinin, milli sığortanın və ya ƏDV-nin əsas, yüksək və ya əlavə dərəcələrini yüksəltmədən ümumilikdə vergiləri artırmayacağına söz verilib. Partiya korporasiya vergisini indiki 25 faiz səviyyəsində məhdudlaşdıracaq. Həmçinin Britaniyada yaşayan bəzi varlı təbəqənin vergi ödəməkdən yayınmasına imkan verən boşluqlar aradan qaldırılacaq.

Partiya müdafiə xərclərini ÜDM-in 2,5 faizinə qədər artırmaq üçün “Yol xəritəsi” müəyyənləşdirəcək, eyni zamanda, aparıcı texnologiyalara birgə sərmayə qoymaq və kapitaltutumlu layihələri dəstəkləmək üçün dövlətə məxsus “Great British Energy” şirkətini (büdcəsi 8,3 milyard funt-sterlinq) quracaq. Əsaslar fənlər üzrə 6500 yeni müəllimin işə götürülməyi və hər bir ibtidai məktəbdə pulsuz səhər yeməyi klublarının maliyyələşdirilməsi də planlaşdırılır.

Partiya səsvermə yaşını 18-dən 16-ya endirəcək. Sənəddə miqrasiyanın azaldılacağına dair də söz verilib.

n xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə