Ağdərə rayonunun yaradılmasına görə 97 saylı seçki dairəsinin adı dəyişdirilib

Ağdərə rayonunun yaradılmasına görə 97 saylı seçki dairəsinin adı dəyişdirilib. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, komissiya təmsilçilik baxımından bütün rayonların Azərbaycan parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır. Ona görə də, Ağdərə rayonunun adı 97 saylı seçki dairəsinin adına əlavə edilir.

Beləliklə, seçki dairəsi bundan sonra 97 saylı Tərtər-Ağdərə-Goranboy adlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə