Azərbaycanla tərəfdaşlığı genişləndirmək üçün əlimizdən gələni edəcəyik - ICESCO baş katibi

"Bu tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm". SİA xəbər verir ki, bu sözləri ICESCO-nun baş katibi Səlim Əl-Malik Şuşa şəhərində keçirilən "By Youth for Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumundakı çıxışı zamanı deyib.

O, gələcəkdə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutduqlarını bildirib: "Bunun üçün əlimizdən gələni edəcəyik. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirində də iştirak etmək istəyirik".

Baş katib Şuşa şəhərinə səfər etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Burada olmaq möhtəşəmdir. Biz dünyada sülhü qorumaq üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, forum öz işinə 26-27 iyunda Bakı şəhərində gənclərin iştirakı ilə panel müzakirələr və təqdimatlarla davam edəcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə