CAR-da ilk Azərbaycan diaspor təşkilatı yaradılıb - FOTOLAR

Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı – Azərbaycan-CAR Mədəniyyət Assosiasiyası yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, təşkilat Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.

Azərbaycan-CAR Mədəniyyət Assosiasiyasının nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.

Qeyd edək ki., Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə