“Fransanın addımları üçüncü Qarabağ müharibəsinə aparan yoldur” - ŞƏRH EDİLDİ

Fransa regionda sülhə imkan vermir, vəziyyəti gərginləşdirmək üçün səylərini artırır. CAESAR haubitsalarının Ermənistana tədarükünə dair saziş rəsmi Parisin Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik etməsini təsdiqləyir. İstisna deyil ki, Fransa Ermənistana əlavə silah verəcək, hətta bu ölkədə özünün hərbi bazasını yerləşdirməyi də düşünür. Çünki silah tədarükü ilə eyni vaxtda bəzi fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış da edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Fransanın addımları üçüncü Qarabağ müharibəsinə aparan yoldur:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin əvvəlində yerli telekanallara müsahibəsində bildirmişdi ki, bizə qarşı real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik. “Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu” deyən dövlət başçımız Ermənistana xəbərdarlıq edərək bəyan etmiçdir ki, Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Yəni, Ermənistan da, Fransa da adekvat cavabın özünü çox gözlətməyəcəyini hər an gündəmdə saxlamalıdır. Rəsmi Bakı forpost Ermənistan üzərindən regionun poliqona çevrilməsinə imkan verməyəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə