Blinken İlham Əliyevi və Paşinyanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. SİA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

A.Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə