Britaniya, Fransa və Almaniya İranın zənginləşdirilmiş uran istehsalını artırmaq qərarını pislədi

Böyük Britaniya, Fransa və Almaniya İranın zənginləşdirilmiş uran istehsalını artırmaq qərarını pisləyib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Üç ölkənin xarici işlər nazirlikləri də birgə bəyanatda bildiriblər ki, onlar İranın potensial nüvə silahı əldə etməsi probleminin diplomatik yolla həllinin tərəfdarıdırlar.

Tərəflər həmçinin vurğulayıblar ki, İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməkdən getdikcə daha çox uzaqlaşır:

“Tehranın bu qərarı İranın nüvə proqramını intensivləşdirilməsinin bir hissəsidir. Bu da nüvə silahının yayılması ilə bağlı ciddi risklər yaradır. İranın “Fordo” yeraltı kompleksinin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmaq qərarı xüsusi narahatlıq doğurur”.

Bütün xəbərlər Facebook səhifəmizdə