Türkiyənin nazirləri Azərbaycan xalqını təbrik ediblər - FOTOLAR

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyinin və xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. SİA xəbər verir ki, Türkiyə hökuməti üzvlərinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirdikləri paylaşımlarda iki ölkənin qardaşlıq və dostluğunun sarsılmazlığına xüsusi diqqət yetirilir, Azərbaycanın gələcək uğurlarına inam ifadə olunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Polat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qardaş Azərbaycana təbriklərini çatdırıblar.

Nazirlər iki qardaş ölkənin Bayraqlarının fotoşəkillərini paylaşıb, Ulu Öndər Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamının mənasını xüsusi vurğulayıblar.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin təbrik mesajında Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə də istinad olunur. Nazir Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinin bundan sonra da regionda sülhün və təhlükəsizliyin təminatçısı olacağına əminliyini ifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə