Parisdə Müstəqillik Gününə həsr olunmuş tədbir - FOTOLAR

Parisdə Müstəqillik Gününə həsr olunmuş tədbir - FOTOLAR

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Parisdəki Azərbaycan və Türkiyənin diplomatları, siyasi, mədəni, işgüzar dairələrin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 106 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, 23 ay mövcud olduğu dövr ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.

Səfir qeyd edib ki, Ulu Öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiya Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub.

Azərbaycanın regionda davamlı sülh və inkişaf üçün çalışdığını deyən Leyla Abdullayeva suverenliyimizin bərpasının bütün Qafqaz regionunda yeni reallıqlar yaratdığını vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə