İranın Bakıdakı səfirliyi Azərbaycan xalqını təbrik edib

İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May - Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə