"Biz Tacikistanın birmənalı mövqeyini dəfələrlə eşitmişik" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan keçmiş postsovet ölkələrinin Ermənistan xaric hamısı ilə normal münasibətlər qurub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, onların arasında, təbii ki, Tacikistan da var: "Tacikistanla Azərbaycan arasında münasibətlər zamanla ciddi şəkildə inkişaf etməkdədir. Bu gün də bu münasibətlər özünün ən yüksək səviyyəsinə qalxıb deyə bilərik. Həm ikitərəfli formatda, həm də müxtəlif formatlarda iki tərəf arasında münasibətlər müsbət yöndə inkişaf edir. Ticarət dövriyyəsi getdikcə artmaqdadır.
Tacikistan Prezidenti Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən dövlətlərdən biridir. Bu istiqamətdə biz Tacikistanın birmənalı mövqeyini dəfələrlə eşitmişik. O cümlədən Orta Asiya ölkələrinin sammitində Azərbaycan Prezidentinin fəxri qonaq kimi dəvət olunmasına da Tacikistan müsbət yanaşan ölkələrdən biridir. Eyni zamanda iki ölkənin dövlət başçıları arasında şəxsi münasibətlər də kifayət qədər yüksək münasibətlərə söykənib. Bu, vacib faktordur. Azərbaycan Prezidentinin Tacikistana səfərləri, Tacikistan Prezidentinin Azərbaycana səfərləri, dünən başlanan növbəti səfər də bu münasibətlərin bir göstəricisi sayıla bilər. Hər iki ölkənin qarşısında duran əsas hədəflər ikitərəfli münasibətləri inkişaf etdirmək, ticarət dövriyyəsini artırmaq və beynəlxalq platformalarda bir-birinə dəstək verməkdən ibarət olacaq. Hesab edirəm ki, Tacikistan Prezidentinin Azərbaycana başlanmış səfəri də iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsində növbəti mərhələ rolunu oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB