“Əhalinin ekoloji maariflənməsinə istiqamətlənmiş mühüm işlər görülür“ - SƏDR

“Bu il ölkə başçısının sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunur. Biz də Suraxanı rayon YAP təşkilatı olaraq bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər planı işləyib hazırlamışıq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.

O bildirib ki, rayon ərazisində sakinlərimizin, ələxsus da müəssisələrdə çalışan əhalinin ekoloji maariflənməsinə istiqamətlənmiş mühüm işlər görülür. Rayon ərazisində yaşıllıq zonanın artırılması, salınmış yaşıllıqların qorunması və onlara lazımi xidmətin göstərilməsi, eyni zamanda ətraf mühitin qorunması istiqamətində ciddi işlər görülür.

Rayon ərazisində dənizkənarında yad cisimlərin təmizlənməsi ilə bağlı da müxtəlif sosial aksiyalar keçirilib. Bu aksiyalarda partiyamızın fəal gəncləri, üzvləri, millət vəkilləri və rayon ictimaiyyəti yaxından iştirak edib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə