"Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gəlir" - MÖVQE BİLDİRİLDİ

"Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gəlir" - MÖVQE BİLDİRİLDİ

"30 il doğma yurdlarına həsrət qalan soydaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri həm revanşist ermənilərə, həm də ermənipərəst qüvvələrə, yeni münaqişə ocağı qızışdırmaq istəyənlərə açıq və birmənalı mesajdır ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır və onların iradəsindən kənar heç bir yanaşma və müdaxilə mümkün deyil: "Tarixi qələbədən sonra Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Mənzərə çox qorxunc və dəhşətli idi. Düşmən 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda bütün təbiətə qəsdən və bilərəkdən ziyan vurmuşdu.

44 günlük müharibədən sonra bu torpaqlar öz azadlığına qovuşdu. Çox böyük inam və qətiyyətlə quruculuq işlərinə başlanıldı. Hazırda azad edilən ərazilərdə onlarla yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir. Son 4 il müddətində Qarabağda və Şərqi Zəngəzurda 1000 kilometrlərlə yol çəkilib, beynəlxalq aeroportlar inşa edilib, minlərlə ev, yüzlərlə məktəb istifadəyə verilib. İşğaldan azad edilən ərazilər minalardan təmizlənir, bir çox yaşayış massivləri salınır, minlərlə keçmiş məcburi köçkün fərəhlə öz doğma torpaqlarına qayıdır. Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gəlir, firavanlığı və tərəqqini, əmin-amanlığı, yurd yerlərinə qayıdışı təmin edilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə