"Fond "Tolerantlığın ünvanı Azərbaycan" layihəsini həyata keçirir" - Soltan Məmmədov

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə həyata keçirilən layihə çərçivəsində 500 məktəb yaradılıb". SİA xəbər verir ki, bu sözləri deputat Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, Fondun həyata keçirdiyi layihələrdə uşaq bağçaları, məktəblər tikilib: "Heydər Əliyev Fondu pandemiya ilə mübarizədə də önəmli dəstəklər verib. Fond təhsildə fərqlənən, valideyn qayğısından uzaq olan şəhid uşaqlarını həmişə diqqətdə saxlayıb. Uşaq və yeniyetmələr üçün idman qurğuları yaradılıb. İdmançılar Heydər Əliyev Fondunun təşəbbüsü ilə əhali arasında ekoloji tarazlığın qorunmasına da önəm verilir. Fondun fəaliyyəti ilə dünyanın bir sıra ölkələrində mədəniyyət mərkəzləri yaradılır. Şuşa şəhəri azad edildikdən sonra beynəlxalq festivallar keçirilir. Fond "Tolerantlığın ünvanı Azərbaycan" layihəsini həyata keçirir. Fransada 20-yə qədər kilsənin bərpasında, Bakıda məscidlərdə təmir işləri həyata keçirilir. Ermənistanın bizə vurduğu mənəvi zərərə bərpa quruculuq işləri ilə son qoyulur"

Bütün xəbərlər Facebook səhifəmizdə