"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Fondun fəaliyyətində əsas yer tutur" - SPİKER

"Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondunun əsas istiqamətləri elm, təhsil ekoloji mühitin yaxşılaşladırılması, milli mənəvi dəyərlərin, gender bərabərliyinin təmin edilməsidir. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması da Fondun fəaliyyətində əsas yer tutur: "Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bir sıra xalqların parlamentləri bunu qətiyyətlə pisləmişlər. Heydər Əliyev Fondu xeyriyyə işlərini də həyata keçirir. Bu, onun əsas fəaliyyətlərindən biridir. Xalqımızın ən yüksək dəyərlərindən olan humanizmin təbliğ olunmasıdır. Eləcə də əsgər və zabit ailələrinə dəstək olunması, bu gün Heydər Əliyev Fondunun veteranlara, qazilərə qayğı göstərməsi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Zərurət olduqda onların xaricdə müalicə almalarına şərait yaradır.

Heydər Əliyev Fondu geniş coğrafiyada humanizmin təcəssümü kimi təbliğ olunur. Bu fond sübut etdi ki, istək, iradə, xoş niyyət olarsa, istənilən məsələ həll olunar. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Fondu bütün layihələri əzmlə davam etdirəcək. Xalqın maraqları naminə bunu davam etdirəcək. Fondun fəaliyyətə başlamasının 20 illiyi münasibətilə Mehriban xanım Əliyevanı təbrik edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə