"Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi"

Mən ikinci dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm. Azərbaycan Prezidentinin də çıxışında dediyi kimi, bu, gözəl platformadır və uzun illərdir davam edir. Azərbaycan sülhə, mədəniyyətlərarası dialoqa inanır. Tədbir yüksək səviyyədə təşkil edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Küveytin UNESCO-dakı səfiri Adam əl-Mulla söyləyib.

O qeyd edib ki, bu tədbir ötən dəfəkindən fərqli və daha maraqlı mövzuları əhatə edir. “Bu dəfə çox fərqli mövzuları dinlədik. Xüsusilə iqlim dəyişikliyi, mədəni irsin qorunması, sülh və fərqli mədəniyyətləri qəbul etmək məsələləri. Bu Forum 100-dən çox ölkədən iştirakçının qatıldığı böyük bir platformadır. Həmçinin təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Forum çox gözəl təşkil edilib"

Bütün xəbərlər Facebook səhifəmizdə