"Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

“”Əli Kərimlinin açıq deməliyəm ki, hazırda Əliyev rejimi təkcə xalqımızı yox, həm də dünya birliyini sınağa çəkir. Demokratik sistemlər öz dəyər və prinsiplərini qorumaq üçün zəruri qətiyyəti göstərə biləcəklərmi?” deməsi onun ölkəmizə düşmənçilik nümayiş etdirən, qələbəmizi həzm edə bilməyən və güclənməyimizi qəbul edə bilməyənlərlə eyni sırada olduğunun göstərir. Çünki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz müstəqil siyasət yürüdür. Hətta bir-biri ilə düşmən ölkələrlə balansı qoruyub saxlaya bilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “O cümlədən özünün daxili işi olan ərazilərində suverenliyini bərpa edib. Həm də sivil dəyərlərə əslanan demokratik dövləti qura bilmişik. Uğurlarımızı qəbul edə bilməyənlər ölkədəki siyasi sabitliyi pozmaq, ölkəni gücsüzləşdsirmək üçün ölkə daxilində müəyyən radikal qüvvələri mailiyyələşdirir və onların gücü ilə xalqı iqtidara qarşı qaldırmağa çalışır. Yəni, insan haqları, media azadlığı və demokratiya onların əlində bizim kimi dövlətləri təsir altında saxlamaq üçün bir alətdir. Çünki, ölkəmizdə bütün haqlar təmin olunduğu halda bizə iradlarını bildirənlər öz ölkələrində belə bir normalara məhəl qoymur.

Azərbaycanda internet və mətbuat azadlığı təmin olunmuşdur. Belə ki, mətbuat üzərindən senzura götürülmüşdür. Amma bu o demək deyil ki, xaricdən idarə olunan media ölkədə insanları çaşbaş salan təxribat yönümlü fəaliyyətlə məşğul olsun. Bəli, ölkəmizdə bütün azadlıqlar təmin olunduğu kimi bütün fəaliyyətlər də qanunlar çərçivəsində həyata keçirilməlidir. Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir. Bəzi özünü azərbaycanlı adlandıranlar ölkəmizə qarşı hər hansı bir təzyiq məlumatı eşidəndə ermənilərdən çox sevinirlər. Yəni düşünürlər ki, bu yolla insanları yoldan çıxarda biləcəklər. Amma unudurlar ki, xalqımız ölkəmizin qazandığı qələbəsindən, ərazilərində suverenliyin təmin olunmasından, ölkədə təmin olunmuş təhlükəsizlik və sabitlikdən məmnundur. Ona görə də xalqımız heç kimə bu nailiyyətlərimizi əlimizdən almağa imkan verməyəcək və dövlət başçımızın yanında sıx birləşərək daxili və xarici düşmənlərimizə qarşı mübarizə aparır və bundan sonra da aparacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə