Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır - SƏFİR

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, - diplomat qeyd edib.

Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə