""Böyük Qayıdış" konsepsiyasının həllinə biz mərhələ-mərhələ nail oluruq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

""Böyük Qayıdış" proqramı Vətən müharibəsindən sonra öz evlərinə qayıdan keçmiş məcburi köçkünlərin həm bütün qayğılarının ödənilməsi, həm də yeni geosiyasi reallıqlar fonunda Azərbaycan vətəndaşının azad torpaqlara geri dönməsini əks etdirən konseptual proqramdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, düşünürəm, artıq hissə-hissə bizim keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı həm vətəndaşlar arasında müsbət qarşılanır, həm də uzun illər həsrətində olduğumuz torpaqlara biz qovuşuruq: "Mütəmadi olaraq informasiya məkanında görürük ki, Zəngilan, Laçın, Füzuli və digər işğaldan azad olunmuş rayonlara ailələr böyük həvəslə köç edirlər. Onlar üçün bütün həyati, vacib şərait yaradılmışdır.

Məşğulluq problemlərinin həll olunması, digər tərəfdən bölgənin inkişafı üçün onların dəstəyinin əhəmiyyəti hazırkı reallıqlarda çox mühüm amildir. Digər tərəfdən biz həm də göstəririk ki, bölgənin əsl sahibləri bizik. Torpağa necə diqqət və həssaslıqla yanaşırıq. Eyni zamanda xarici qonaqlar, diplomatlar, jurnalistlər, beyin mərkəzlərinin nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edirlər. Eləcə də bu gün ADA Universitetində keçirilmiş beynəlxalq forumda iştirak edən analitiklər Zəngilana və Laçına səfər ediblər. Bütün bunlar həm də bölgədəki mövcud şəraitin xarici qonaqların da diqqətinə çatdırılması baxımından əhəmiyyətini əks etdirir. Düşünürəm ki, "Böyük Qayıdış" konsepsiyasının həllinə biz mərhələ-mərhələ nail oluruq. Tezliklə Qarabağın və Şərqi Zəngəzurun inkişafında bizim vətəndaşlarımız əllərindən gələni edəcəklər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə