Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir - DÖVLƏT BAŞÇISI

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir. SİA-nın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi proqramlarının olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var”.

Bütün xəbərlər Facebook səhifəmizdə