“Planlarımız böyükdür və onları yerinə yetirmək üçün gücümüz var” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan torpaqlarını işğaldan azad edəcəyinə inanırdı və buna ciddi hazırlıq gedirdi. Bu böyük inamdan irəli gələrək, Azərbaycanda hələ Vətən müharibəsindən xeyli əvvəl "Böyük Qayıdış" planı hazırlanmışdı. Təxmini nə işlər görüləcəyi, hansı mərhələlərdən keçəcəyi həmin proqramda nəzərdə tutulmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqların vəziyyətinin gözlədiyimizdən qat-qat ağır olduğu, daha doğru desək, bütün yaşayış məntəqələrinin, kommunikasiyaların dağıdıldığının şahidi olduq və hər şeyə sıfırdan başlamaq lazım gəldi: “Eyni zamanda təhlükəsizlik məsələsi də böyük vəsait tələb edirdi. Bütün bunlara baxmayaraq "Böyük Qayıdış" proqramı sürətlə həyata keçirilir. Artıq beş yaşayış məntəqəsində 5000-ə qədər insan yaşayır. Məktəblər, xəstəxana və kommunal xidmətlər fəaliyyət göstərir. Bu il artıq Şuşa, Ağdama və digər regionların kəndlərinə qayıdış da nəzərdə tutulub. Dövlət bütün bunlar üçün büdcədən lazımi vəsait ayırır. Dövlətlə yanaşı, özəl şirkətlərin də bərpa işlərində iştirakına böyük imkanlar yaradılıb. Planlarımız böyükdür və onları yerinə yetirmək üçün gücümüz var. Dövlət başçısının bu məsələləri diqqətdə saxlaması, vaxtaşırı işğaldan azad edilən regionlara səfər edərək, işlərin gedişi ilə tanış olması göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi bu məsələdə də dünyaya nümunədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB