Ceyhun Bayramov Özbəkistana yollanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə