Hesablama Palatasının 166 işçisi, bunun qarşılığında isə ölkədə mindən çox isə təşkilat var. SİA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
"Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk? Qonşu ölkələr araşdırılsın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın", - deyə o qeyd edib.
Sədr plenar iclasda təklifləri dinləməyə və müqayisə aparmağa hazır olduğunu da sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB