“Bu onların azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildi” - TARİXÇİ DANIŞDI
“Ağdaban qətliamından bu gün 32 il ötür. Ermənilər hər zaman azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər. 1991-ci ilin dekabrından onlar Azərbaycan torpaqlarını işğal etməyə başlayıblar. 1992-ci ildə, yəni Kəlbərin işğalından təxmini bir il öncə Kəlbəcərin gələcək işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində soyqırım törətdilər. Təbii ki, bu onların azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
O bildirib ki, Ermənistan soyqrımı törətdikləri zaman Ağdaban kəndini tamamilə yandırırlar: “Təəssüflər olsun ki, orada 130 evdən ibarət kənd tamamilə yanır, 67 nəfər amansızcasına qətlə yetirilib. Bütün bu hadisələr bir daha ermənilərin azərbaycanlılara qarşı olan kin-küdurəti, nifrətinin bariz nümunələrindən biri idi.
Təbii ki, Ağdaban qətliamının intiqamı alındı. Azərbaycanın müzəffər ordusu, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün işğal edilən ərazilərimiz geri qaytarıldı, suverenliyimiz bərpa olundu.
Biz bu gün artıq Qarabağda bərpa-quruculuq işləri həyata keçiririk. Hazırda Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına geri dönməsini təmin etməkdən ibarətdir. Düşünürəm ki, biz buna ölkə başçısının apardığı siyasət nəticəsində nail olacağıq.
Bu gün Ermənistan tərəfi ilə Azərbaycan sülh müqaviləsi imzalamaq mərhələsindədir. Lakin ermənilərin qeyri-konstruktiv addımları nəticəsində bu proses yubanır. Bu baxımdan da sülh müqaviləsi imzalansa belə, baş verən qətliam, soyqırımları unutmamalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB