Moldova və Gürcüstan NATO təlimlərində iştirak edəcəklər

Moldova və Gürcüstan NATO təlimlərində iştirak edəcəklər

Yaxın iki həftə ərzində Rumıniyada NATO-nun “Dəniz Qalxanı 24” təlimində iştirak edən ölkələr arasında Gürcüstan və Moldova da olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimləri Rumıniya Hərbi Dəniz Qüvvələri təşkil edir və manevrlər aprelin 8-dən aprelin 21-dək baş tutacaq.

Təlimdə ümumilikdə 12 NATO müttəfiqi və tərəfdaş ölkəsi iştirak edir: Rumıniya, Bolqarıstan, Türkiyə, Polşa, Fransa, İtaliya, Böyük Britaniya, Hollandiya, Portuqaliya, ABŞ, Moldova və Gürcüstan.

“Dəniz Qalxanı 24” təlimi Rumıniya Hərbi Dəniz Qüvvələrinin heç vaxt keçirmədiyi ən mürəkkəb təlim adlanır. Manevrlərə 2200-dən çox hərbçi və 135 texnika cəlb olunacaq, onlar müxtəlif ssenariləri - axtarış-xilasetmə əməliyyatlarından tutmuş mühüm infrastrukturun mühafizəsinə qədər işləyəcəklər.

Təlim Dunay Deltasında da keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə