"Əsas məsələ ərazilərin minalardan təmizlənməsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əsas məsələ ərazilərin minalardan təmizlənməsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

Xankəndində Daxili İşlər Nazirliyinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində silah-sursatların aşkarlanması davam edir. Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə aprelin 2-də Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 47 patron darağı, 900 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Görəsən, Xankəndində ermənilərin gizli bazası varmı? SİA mövzu ilə bağlı politoloq Elxan Sahinoğlunun fikirlərini öyrənib.

O bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru seperatçılardan azad etsə də, ərazimizə tam nəzarəti götürsək də, zamanla bu bölgələrdən silah-sursat anbarları, hərbi texnikalar aşkarlanır: "Bu o deməkdir ki, seperatçılar, yəqin, geri dönəcəklərini düşünüb yenidən Azərbaycana qarşı təxribatlar planlaşdırmışdılar. Amma bir çox anbarlar aşkarlanıb. Üstəlik, seperatçıların geri dönüşü də mümkün deyil. Odur ki, Azərbaycan ordusu üzərinə düşəni həyata keçirir. Əsas məsələ ərazilərin minalardan təmizlənməsidir. Çox təəsüf ki, hələ minalar tam təmizlənməyib və bəzən partlayışlar da olur. Üstəlik də Ermənistan minaların xəritələrini bizə vermir. Amma bu problemin öhdəsindən də gələcəyik. Bir neçə ildən sonra ərazilərimiz minalardan tam təmizlənəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə