"Dəyişikliklər özünü göstərir” - EKSPERT FİKRİ

"Dəyişikliklər özünü göstərir” - EKSPERT FİKRİ

“Türkiyədə keçirilən sonuncu bələdiyyə seçkiləri təkcə ölkənin özündə yox, bütün dünya miqyasında diqqətlə izlənən bir prosesdir. Çünki hər kəs bunun nəticələrinin yaxın və orta gələcəkdə təkcə Türkiyə deyil, bölgə dövlətlərinin də taleyinə müəyyən qədər təsir göstərə biləcəyindən də yan ötmürdü”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, bələdiyyə seçkiləri Türkiyədə ilk növbədə türk xalqının cümhuriyyətçilik və demokratiya ideyalarına nə qədər bağlı olduğunu bir daha nümayiş etdirdi: “Çünki həm demokratiya, həm də cümhuriyyətçilik ideologiyasının əsasını xalqın siyasi iradəsinin təntənəsi və onun üzə çıxarılması təşkil edir. Bir yerdəki xalqın azad seçim iradəsini ortaya çıxarmağa imkan vermirlər, ya da bu mümkün deyilsə, belə olan halda nə demokratiya, nə də cümhuriyyətçilikdən danışmaq olar.

Nəzərə almalıyıq ki, Türkiyədə bütün siyasi qüvvələr istisnasız olaraq, həm demokratiya, həm də cümhuriyyətçilik ideologiyasına böyük önəm verirlər. Bu nöqteyi-nəzərdən bələdiyyə seçkiləri bütün türk cəmiyyəti, xalqlarının demokratiya və cümhuriyyətçilik ideologiyasına nə qədər bağlı olduğunu bir daha nümayiş etdirdi. Digər tərəfdən bu yerli seçki olsa da, ümumtürk miqyaslı bir sıra siyasi nəticələrin ortaya çıxmasına səbəb oldu. Ən azından Türkiyənin daxili-xarici qüvvələr nisbətində müəyyən dəyişikliklər özünü göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə