Sevinc Osmanqızı Arif Yunusun xəstəliyindən istifadə edir - ANALİZ

Sevinc Osmanqızı Arif Yunusun xəstəliyindən istifadə edir - ANALİZ

Dağıdıcı müxalifət deyən də ilk olaraq ağıla şər və böhtanlar səsləndirən, milli və dövlətçilik maraqlarına qarşı hədyanlara səsləndirən qüvvələr gəlir. Bu baxımdan dağıdıcı müxalifətin adları üstündədir – ünsürlər. Bundan sonra onlar ağıllı təklif irəli sürsələr və ya sağlam ideya ilə çıxış etsələr də cəmiyyət onları qəbul etməyəcək. Çünki pisliklər və yamanlıqlar heç zaman unudulmur. 44 günlük Vətən Müharibəsində xalqdan ayrı düşüb, xarici ermənipərəst dairələrin əlinə oynamaq bağışlana bilməz. Sonrakı mərhələ də Qarabağ zəfərinə kölgə salmaq üçün hər cür yaramaz və əxlaqa zidd fəaliyyət yolu tutan dağıdıcı müxalifət düşmən dəyirmanına su tökən ünsürlər olduqlarını nümayiş etdirdilər.

Bu gün də eyni bəd əməllərini davam etdirirlər. Hətta demək olar ki, əvvəlki fəaliyyətlərindən fərqli olaraq daha geniş və əhatəli forma da qarayaxma kampaniyalarını aparırlar. O dərəcə də məkrli xarici qüvvələrin təsir altındadırlar ki, Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasını tələb edirlər. Bu günlər eyni çağırışla xaricdəki antimilli ünsürlər çıxış ediblər. Bundan belə anlaşılır ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və AXCP-dəki trollar fəaliyyətlərini xaricdəki antimilli qüvvələrlə birlikdə qururlar. Hansı ki, xaricdəki antimilli ünsürlər anlaqsız vəziyyətdə olduqlarından dövlətimizə və xalqımıza qarşı sifarişli anitəbliğat kampaniyası aparırlar. Xarici ölkələr də oturub, Azərbaycan haqqında sosial şəbəkə vasitələri ilə hər gün canlı yayımlar etməklə hədyanlar səsləndirən Trol Sadıqlı, Məhəmməd Mirzəli, Arif Yunus, Orduxan Temirxan, Arif Məmmədov və digərləri günün birində it kimi sığındıqları ölkələrdən qovulacaqlar. Çünki, kifayət qədər xaricdə oturub, Azərbaycan barədə sifarişli təhqirlər yağdıran şəxslər olmuşdur ki, istifadə olunmaq limitləri bitdikdən sonra lazımsız əşya kimi Azərbaycana departasiya olundular.

Dövlətimiz xeyirxahlıq və humanistlik göstərərək onları işlə təmin etdi, yaşamaq üçün yer ayırdı. Təbii ki, digərlərini də eyni aqibət gözləyir. Azərbaycan cəmiyyətinə artıq hər şey aydındır, Avropada oturub Azərbaycanın dövlətinə, xalqına qarşı şər və böhtanlar səsləndirənlər yalnız xarici xüsusi xidmət orqanları qarşısında deyil, eləcə də erməni lobbisinin pulları qarşılığında üzərilərinə öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin kampaniya aparırlar. Onlardan biri də Arif Yunusdur ki, bu məxluq sanki elə erməninin özüdür. Sosial şəbəkələr də və internet TV-lər də Azərbaycan haqqında hər cür ittihamlar səsləndirir, ittihamlar irəli sürür.

Aruf Yunus özünü satışa çıxarır

Görünən ondan ibarətdir ki, A.Yunus daha çox ABŞ-da yaşayan Sevinc Osmanqızının TV-sin də çıxışlar edir. S.Osmanqızı A.Yunususun psixoloji sarsıntı keçirdiyini bildiyindən ondan lazım olduğu formada istifadə edir. Yəni yönəldici suallar əsasında onun fikirlərini alır və həmin fikirlər inkişaf etdirməklə öz məkrli planlarını həyata keçirir. Düzdür bu məxluq könüllü şəkildə özünü satışa çıxarır. Bəzən utanıb çəkinmədən bildirir ki, onun ermənilərə münasibəti müsbətdir. kini-kidirəti yoxdur. Deyir ki, dəfələrlə Ermənistana səfərlər edib və əhalinin müəyyən təbəqələri ilə görüşlər keçirib. Onun deməsinə görə, səfərləri zamanı gördüklərinə əsasən gəldiyi qənaət ondan ibarətdir ki, guya Ermənistan demokratik təsisatların inkişafı baxımından Azərbaycandan öndədir. Təbii ki, A.Yunusun erməni maraqlarından çıxış etməsi təəccüblü görünmür. Çünki bu məxluq mənən və ruhən ermənilər bağlıdır. Digər tərəfdən o “erməni kökənli olmasına görə fəxr etdiyini” deyən Leyla Yunusun əridir. Bu məxluqlar birlik də erməni maraqlarına xidmət edir və sifarişlər əsasında Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.

O gün də “Osmanqızı Tv” də sayıqlamasında bildirir ki, Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılması yolverilməzdir: “Qazaxın kəndləri niyə qaytarılmalıdır ki? Digər tərəfdən o kəndlər Azərbaycanın nəyinə lazımdır? O kəndlər qaytarılsa da oraya heç kim getməyəcək”. Bu yolux məxluq anlamır ki, o kəndlər bizim üçün müqəddəsidir. Kəndlər üçün sakinlərin burunlarının ucu göynəyir. İnsanlar həsrətlə o kəndlərin qaytarılmasını və oraya köçüb, yurd –yuva qurub yaşamağı gözləyirlər. Təbii ki, bu hissin nə olduğunu A.Yunus anlamaz. Çünki onun üçün Vətən, dövlət, xalq, yurd deyilən anlayış yoxdur. Onun üçün din, iman ancaq puldur, həm də erməni lobbisindən alacağı “malades”dir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə