Azərbaycanla Monteneqro arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım olunub.
Bildirilib ki, görüş zamanı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və xüsusilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB