Şəhid ailələri ilə bağlı bu məhdudiyyət ləğv edilməlidir

Şəhid ailələrinin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilmə yaşı ləğv edilməlidir. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib.

“Belə ki, müharibə veteranları üçün yaş məhdudiyyəti yoxdur. Bu şəxslər üçün də belə güzəştlər tətbiq edilməlidir. Bildiyiniz kimi, bu yaş 23-dür. Bu, ləğv edilməlidir”,- deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə