"Qərbin gərginlik yaratmaq cəhdləri davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan sərhədində Qərbin gərginlik yaratmaq cəhdləri davam edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan əvvəldən də qeyd etmişdi ki, bu missiyanın yaradılmasının əsas hədəf və məqsədi bir sıra dövlətlərin bölgəmizə nüfuz etməsi və bölgədə baza yaradılması məqsədinə xidmət edir: "Proseslərin bu formada inkişafı da bunu bir daha açıq-aydın göstərdi ki, proses ona doğru gedir. Əslində əvvəldən də qeyd etdiyimiz kimi bu məsələ yalnız Azərbaycan əleyhinə yönəlmir. Burada hədəf həm Rusiya, həm də İrandır. Bu missiya qısamüddətli olmalı idi. Sonrakı dövrdə isə missiya uzadıldı, uzun müddət bölgədə fəaliyyəti nəzərdə tutulub. Eyni zamanda burada missiyada olanların sayının 138-dən 309-a qədər artırıldığını da biz gördük. Bu məsələni daha sonra Ermənistanın təhlükəsizliyi ilə əlaqələndirməyə çalışırlar. Amma biz bir daha deyirik ki, bu yanaşma Azərbaycana qarşı yönəlib. Cənubi Qafqazda kövrək sabitliyi hədəfə alıb. Burada Ermənistanın dəstəklənməsi məqsədi var. Amma yenə, təəssüf ki, Ermənistan vasitə kimi istifadə olunur. Cənubi Qafqazda sülhün sabitliyini və təhlükəsizliyini mümkünsüz edir. Qərb bölgəmizdə yeni nüfuz bölgüsü həyata keçirir. Yaranmış, formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq məqsədi daşıyır. Bu, bölgəmizə yeni təlatümlər, müharibələr, qarşıdurmalar vəd edir. Bu mənada Amerikanın da prosesə qoşulduğunu görürük. Nəticə etibarilə burada hərbi bazanın yaradılması prosesi gedir. Poses Azərbaycan sərhədində baş verir, Azərbaycana qarşı yönəlib".
"Təəssüf ki, Qərbin bölgəmizdə əməkdaşlıq mühitini formalaşdırmaq, Cənubi Qafqazda sabitliyə nail olmaq əvəzinə Ermənistanın bölgəni silah-sursatla doldurması və barıt çəlləyinə çevirməsi planı var. Bütövlükdə bölgə əleyhinə yönəlib və xoşagəlməz haldır. Ermənistan, eləcə də, Qərb gərginliyin artmasına yönəlmiş, bölgədə yaranmış kövrək sülhün təhdidi məqsədi daşıyan addımlara, cəhdlərə son qoymalıdır. Bu kimi addımlardan çəkinməlidir ki, bizim bölgəmizdə sülh istiqrar olsun. Yəni qarşıdurma, müharibə yox, biz bölgədə sülhə nail ola bilək" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB