Ermənistan qorxulu oyunlar oynayır - DEPUTAT AÇIQLADI

Ermənistan qorxulu oyunlar oynayır - DEPUTAT AÇIQLADI

“Ermənistan qorxulu oyunlar oynayır. Belə ki, regionda formalaşmış geosiyasi konfiqurasiyanın dağılmasına və Cənubi Qafqazın yeni gərginlik məkanına çevrilməsin xidmət edən addımlar atır. Bu baxımdan Avropa İttifaqının Ermənistandakı misisysasının statusunu parlamentdə ratifikasiya olunması ABŞ hərbiçilərinin də gəlməsinə imkan yaradcaq və Cənubi Qafqazı nüfuz rəqabəti məkanına çevirəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Ermənistan parlamentinin bu addımı aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arsında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu, Azərbaycanın maraqlarına ziddir. Çünki, bütün bu proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda Ermənistan hakimiyyəti isə regiona ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Burda sual olunur ki, ABŞ və Ai-nın hərbiçiləri Ermənistanı kimdən qorumaq üçün zəmanət vermək istəyir. Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir. Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiyanın və İranın maraqlarına da ziddir. Çünki, uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur. ABŞ-ın hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaqdır. Beləliklə Rusiya hərbiçiləri ilə Qərbin hərbiçşiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq.

İran ABŞ münasibətlərində də uzun illərdir ki, gərginlik yaşanır. O cümlədən ABŞ-ın müəllifliyi ilə Qərbin İrana sankisyalar təbiq olunmuşdur. ABŞ-ın İranda da öz maraqları var. ABŞ maraqlarını həyata keçirmək üçün Ermənistan ərazisini hərbi plasdarm kimi istifadə edəcəkdir. Bu baxımdan ABŞ-ın hərbi bazasının Ermənistanda yaradılması İranın təhlüjkəsizliyinə böyük zərbədir. Bu baxımdan Ermənistanın ABŞ hərbiçilərini gətirmək planı İran, Ruisya və Qərb arasında müharibəinin alovlanacağı yeni bir ocağı əmələ gətirəcəkdir. Baş verən proseslər hətta Üçüncü Dünya müharibıəsinin Cənubi Qafqazdan başlayacağı ilə bağlı proqnozların verilməsinə zəmin yaradır. Ermənilər tarixi ölkələr arası araqarışdırma və gərginliklər yaratmaqla zəngin olub. Onlar həmişə gərginliklər yaratmaqla özlərinə qazanc əldə etməyinə öyrəşiblər. Amma zamana dəyişilib və bu gün Cənubi Qafqazda yenidən gərginlik baş verərsə Ermənistan nəinki heç nə qazanmayacaq, hətta ancaq hərbi güclərin ayaqları altında qalacağına şübhə yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə