Stoltenberqin Bakıya səfərindən şübhələnən Kreml dairələrinin unutduğu məqamlar var...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində NATO-nun Baş Katibi Yens Stoltenberqin Tiflisə, Bakıya və Yerevana səfərləri, keçirilən görüşlər və gözlənilən nəticələr barədə fikirlərini bölüşüb. A.Quliyev yazır: NATO- nun baş katibi Stoltenberqin 3 Cənubi Qafqaz ölkəsinə səfəri həm blokun bu regiona nə qədər önəmli baxdığını ifadə edir , həm də Kremlin bu səfərin köklərinə və sonrakı nəticələrinə çox həssas yanaşacağını bir daha göstərdi. Stoltenberq ardıcıl şəkildə Tiflisə, Bakıya və Yerevana səfər etdi .Moskvadan gözlənilən reaksiyanı gördük." NATO 3 Cənubi Qafqaz ölkəsi arasında sülh istəmir, bu 3 ölkənin Rusiya ilə yaxşı münasibətlərini istəmir, 3 ölkəni Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır, uzaq hədəfi olaraq isə Rusiyaya qarşı 2- ci hərbi cəbhə açmaq istəyir və sair"- Kremlin rəsmi reaksiyaları bu tezislərlə özünü göstərdi. NATO- nun 3 Cənubi Qafqaz ölkəsi arasında sülh münasibətlərini istəməməsi "barədə ideya istisna olmaqla bütün digər mülahizələrlə razılaşmaq olar. NATO digər regionlarda hər nə qədər" qatıq- çalası rolu" oynasa da, bu regionda Azərbaycanın, Ermənistanın və Gürcüstanın rahat qarşılıqlı sülh münasibətlərində olmasını niyə istəməsin ki?! Bu 3 ölkənin indi bir- biri ilə gərgin ritorika içində olması NATO- ya nə verər ki?!..
Məsələ burasındadır ki, SSRİ dağılandan indiyə qədər həm Rusiyanın özünün, həm də Qərbin, NATO- nun Cənubi Qafqaz siyasəti yanlış prinsiplərlə quruldu.
Həmin dövrdə Rusiyanın siyasətinin əsas prinsipi bu oldu ki, təki hər üç ölkə ayrılıqda Moskva ilə yaxşı münasibətlərdə olsun .Bu zaman Azərbaycanın Ermənistanla müharibə içində, Azərbaycanın Gürcüstanla əməkdaşlıq içində olması Rusiya üçün fərq etmirdi.Rusiya istədiyinə nail olurdu.Ermənistanı Azərbaycanın üzərinə təcavüzə həvəsləndirməklə onu öz müttəfiqinə çevirirdi. Ərazilərini itirmiş Azərbaycanın isə Qərblə hərtərəfli yaxınlaşmasını əngəlləyirdi. Başı Moskvaya bağlanmış abxaz- osetin separatizmi eynilə Gürcüstanı da Rusiyadan xeyli asılı vəziyyətdə saxlayırdı.Qısa desək, Rusiya Cənubi Qafqazın 3 ölkəsinə münasibətdə ayrı- ayrı siyasi kurslar yürüdürdü.Zaman sübut etdi ki, Rusiyanın böyük səhvi də məhz burada oldu, Cənubi Qafqaza vahid geosiyasi məkan kimi baxaraq onu bütünlükdə öz müttəfiqinə çevirməyə çalışmadı.Birıikdə hər 3 dövlətlə yox, hər birini ayrı- ayrılıqda əzməklə özündən asılı salmaq siyasəti Rusiyanın böyük səhvinə çevrildi.Bu siyasət 30 il müəyyən yarımçıq nəticələr versə də, özünü sonadək doğrultmadı. Gürcüstan 29 ildən çoxdur ki, tək Rusiyadan asılı olmamaq iradəsini ortaya qoyub, Ermənistan bu siyasəti son 5 ildə aktiv şəkildə aparmaqdadır. Rusiya hazırda regionun 2 dövlətini- Ermənistanı və Gürcüstanı əvvəlki ölçulər daxilində öz təsir orbitinə qaytarmaq problemi ilə uğraşır .Nə əldə edəcəyi isə hələ bilinmir...
Gələk NATO- nun Cənubi Qafqaz siyasətinə.Hələ 90- cı illərdə eşidirdik ki, NATO Cənubi Qafqaza bütöv geosiyasi məkan kimi baxır və onun üçün bu regionun 3 dövlətinin arasında sərhədlər şərti xarakter daşıyır. Obrazlı yanaşsaq, belə deyilirdi ki, NATO Cənubi Qafqaza " kosmosdan baxır, burada Azərbaycan, Ermənistan və Gürcüstan kimi 3 dövləti yox, bütöv Cənubi Qafqazı görür" .O zaman bu fikirlər çox cəlbedici idi və Azırbaycanda, eləcə də regionun bir çox qüvvələri öz siyasi planlarını NATO- nun kosmosdan gördüyü bu mənzərəyə əsasən qururdular .
Sonda məlum oldu ki, qurmurdular, əksinə dağıdırdılar. Çünki NATO reallıqda Cənubi Qafqaza bütöv geosiyasi məkan kimi baxmaq kursunu aparmadı ( və ya apara bilmədi).Eynilə Rusiya kimi səhv etdi. Necə ki, Rusiya hər 3 ölkəni ayrı- ayrılıqda öz məhvərində saxlamaq kursu aparırdı, NATO da öz növbəsində buna oxşar kurs seçərək Cənubi Qafqaz ölkələrini ayrılıqda öz yanına çəkməyi hədəflədi. Sonda məlum oldu ki, bu da dərin səhv imiş. NATO əvvəlcə Gürcüstanı Qərbə sarı çəkməyə həvəsləndi ,tam nəticə alınmadı, Gürcüstan hakimiyyəti yarı rus, yarı Qərb yönümlü bir hala düşdü, ərazisi bölündü.NATO bu gün Gürcüstanın timsalında özünü doğrultmamış taktikanı Ermənistanın üzərində işləyir, nəticənin heç də Gürcüstandan yaxşı olmayacağı bu başdan görünür. Doğrudur, Ermınistanın ərazi bütövlüyü kimi bir problemi yoxdur və gələcəkdə də olmayacaq, lakin "bir ipdən üzülməmiş əlini və boğazını ikinci ipə dolandırmaq istəyən" Ermənistanın hansı günlərə qalacağını düşünmək çətin deyil.
Gələk Azərbaycanın üstünə. Cənubi Qafqaz uğrunda NATO- Rusiya mübarizəsi başlanandan indiyədək təkcə Azərbaycanın apardığı siyasət öz ardıcıllığı və nıticəyönümlülüyü ilə diqqəti cəlb edir. Gürcüstan onu separatizm probleminə qonaq etmiş Rusiya ilə açıq savaş açdı, balansı pozdu, Qərbin ,əsasən də Fransanın vədlərini həddən ziyadə ciddi qəbul etdi. Sürüşkən siyasət apardı və sonda "böyrü üstdə" qaldı. Ermənistan ona Qarabağı və ətrafındakı rayonları "qazandırmış" gücün ona nələr edəcəyinin fərqinə varmadan Qərbin timsalında özünə "uçmaq üçün 2- ci qanad" axtardı.O da balansı pozdu. Həm də bu siyasət Paşinyanın dövründə çılpaq şəkil alsa da, əslində 2014- 15- ci illərdə Serj Sarkusyan tərəfindən başladılmışdı. 2013- cü ildə Rusiya Sarkisyanı Avropa Birliyi ilə Assosiativ sazişin bir addımlığından qaytararaq Avrasiya İqtisadi birliyinə gətirə bildi. Bu mənada Paşinyanı müəyyən qədər Sarkisyan kursunun davamçısı hesab etmək lazımdır. Hələ də şübhələr var ki, 2018- ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi Sarkisyanla Paşinyanın gizli razılaşması ilə baş tutdu. Sarkisyan Qərbə dönüş estafetini gizli razılaşma ilə Paşinyana ötürdü.İkisi də elə bildilər ki, Rusiya Ermənistana verdiklərinin onun əlində əbədi saxlanmasına da gedəcək.Həmin anlarda Sarkisyanın və Paşinyanın "ərazini Rusiyanın, sivil dövlətçiliyi isə Qərbin hesabına əldə edək" kimi razılaşılmış prinsiplə hərəkət etdiklərini iddia etmək olar .
Rusiya Vətən müharibəsindən və Ukraynaya təcavüzdən az öncə anladı ki, Cənubi Qafqazın ən ardıcıl və ən təmkinli siyasət aparan ölkəsi məhz Azərbaycandır . Kreml prezident İlham Əliyevin heç vaxt Gürcüstan və Ermənistan rəhbərliyi kimi avantürist, məntiqsiz, balanssız siyasət aparmayacağına tam əmin oldu. Kremlin getdiyi səhv yolun məhz bu məqamında dönüş etməsi Azərbaycana təkbətək döyüş meydanında təcavüzkar Ermənistanı cəzalandırmaq imkanı verdi. Azərbaycan gəldiyi siyasi yolda ardıcıllığının və Cənubi Qafqaza 3 ölkənin əməkdaşlıq etdiyi sülh məkanı kimi baxmasının mükafatı olaraq süverenliyini bərpa etdi .
Beləliklə, NATO- nun və Rusiyanın Cənubi Qafqaz siyasətləri lap əvvəldən yanlış olmaqla Gürcüstanı və Ermənistanı da bu səhvin içinə aldı, onlar da səhv buraxdılar. Ermənistan Rusiyanın yanlış Cənubi Qafqaz siyasətinə uyaraq Azərbaycanın ərazilərini işğal etdi (sonrası məlum). Gürcüstan isə NATO- nun yanlış Cənubi Qafqaz siyasətinə uyaraq Qərbə doğru kəskin dönüş etdi. (bunun da sonrası məlum).
Gələk NATO- nun bu gün Azərbaycanla bağlı kursuna.Təbii ki, NATO strateqləri İlham Əliyevin bölgədə Rusiyanın və NATO- nun son 30 ildə apardıqları siyasətə incəliklərinə qədər bələd olduğunu bilirlər. Bilirlər ki, İlham Əliyev nə Rusiyanın, nə də NATO- nun oyunlarına uymayacaq qədər ağıllı siyasət aparır, bu yolda davam edəcək. Bəziləri düşünür ki, Stoltenberqin Bakıya səfəri Rysiya ilə geosiyasi mübarizədə Azərbaycanı öz tərəfinə cəlb etmək məqsədinə xidmət edir.
Artıq deyildiyi kimi, Azərbaycan prezidenti Ermənistan və Gürcüstan rəhbərliyindən fərqli geosiyasət aparmağın üstünlüklərini praktik olaraq görüb, öz ərazi bütövlüyünü məhz bunun sayəsində bərpa edib.Doğru nəticə vermiş bir geosiyasi kursdan kim imtina edər ki?! ..İlham Əliyev də imtina etməyəcək.
Əlbəttə, NATO rəhbərliyi çox istərdi ki, Azərbaycan da ermənilər və gürcülər kimi siyasət aparsın. Bu , NATO- ya Cənubi Qarqaza çox istədiyi vahid geosiyasi məkan kimi baxaraq vahid siyasət aparmaq imkanı verərdi.Lakin deyildiyi kimi, məhz müstəqil siyasətinin hesabına Ermənistandan və Gürcüstandan üstün nəticələr əldə edə bilmiş İlham Əliyev ölkənin bu siyasətini başqa maraqlara niyə də güzəştə getsin ki ?!...
Bu mənada Stoltenberqin Bakıya səfərindən sonra bəzi Kreml dairələrinin bəyanatlarında özünü göstərən sətiraltı şübhələrin heç bir əsası yoxdur və ola bilməz.
İlham Əliyevin həm NATO, həm də Rusiyaya yönəlik indiki siyasi kursunun hazırkı geosiyasi vəziyyətdə dəyişməyəcəyinə hər kəs əmin ola bilər. Zatən mütləq doğru olan da elə budur..."
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



