Stoltenberqin Bakıda cürət etmədiyi, İrəvanda isə...

Stoltenberqin Bakıda cürət etmədiyi, İrəvanda isə...

"Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə çağırıram". Bunu NATO-nun baş katibi İrəvanda Paşinyana xitabən deyib.

“Alternativ layihələr” qrupunun eksperti Vahe Hovha nnisyan Telegram kanalında yazıb ki, NATO-nun baş katibi Stoltenberq İrəvanda “Ermənistanın Ukrayna ilə həmrəyliyini alqışlayır” ifadəsini səsləndirəndə əslində iki ölkənin taleyinin oxşarlığına eyham vurub. Bakıda o, bu sözü deməyə cəsarət etməyib. Əslində baş katib İrəvanı da Kiyevin, Xarkovun, Odessanın taleyi gözlədiyini sətiraltı deyib. Əlavə edib ki, bu ssenarinin qarşısını almağın bir yolu var: sadəcə olaraq İrəvan oriyentasiyasını köklü şəkildə dəyişməyi bacarmalıdır. Ermənistanın həm sərhədlərdə, həm də ölkə daxilində deeskalasiyaya ehtiyacı var”.

Bütün xəbərlər Facebook səhifəmizdə