Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
SİA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Prezident Əliyev.
XI Qlobal Bakı Forumu münasibətilə Sizi təbrik edirəm.
Bu Forum əhəmiyyətli bir dönəmdə keçirilir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın diqqəti heç vaxt olmadığı qədər Azərbaycana yönələcək. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil edəcəksiniz.
Dubayda COP28 çərçivəsində keçirilmiş qlobal dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanın üzərində olacaq. Biz birlikdə mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas ölkələrin iqlim dəyişmələrinə dayanıqlılığını artırmağa davam etməliyik. Neft və qaz hasilatçısı olan Böyük Britaniya qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırmağa dair Paris öhdəliyinə əməl edərək xalqlarımızın və planetimizin gələcəyini təmin edəcək ədalətli enerji keçidi kursunun təyin olunmasının zəruriliyini başa düşür.
COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. İqlim dəyişmələri ilə mübarizə üçün milyardlardan trilyardlara keçmək məqsədilə iqlimin maliyyələşdirilməsi (NCQG) üzrə kollektiv kəmiyyət hədəfinə dair konsensusa nail olmaq istiqamətində müsbət nəticə əldə etməliyik. Böyük
Britaniya hər bir COP tədbiri zamanı əvvəlki ilə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq.
Azərbaycan bütün dünyada yüksək qiymətləndirilən ticarət yolları üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizindən Mərkəzi Asiyaya və Türkiyədən Qara dənizə və Avropaya yeni bağlantıların açılmasına dəstək verməyə davam edəcək. Bugünkü Qlobal Bakı Forumunda Sizin qonaqlarınız BMT-nin Nizamnaməsində təsbit olunmuş ortaq təhlükəsizliyimizi və firavanlığımızı müdafiə edən, həmçinin bu gün bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər və dəyərlər barədə düşünə bilərlər.
Azərbaycan öz gələcəyinin keçid mərhələsindədir. Bu dönəmdə Sizin Ermənistanla onilliklərlə davam edən münaqişəyə son qoymağınız üçün tarixi şansınız var. Dünya Sizin dekabr ayındakı birgə bəyanatınızı alqışladı; bu ilin noyabrında Bakıya gələrək sülh sazişi imzalamaq, Cənubi Qafqaz ölkələrinin iqlim və enerji, su və ərzaq təhlükəsizliyi kimi ortaq çağırışlara qarşı birlikdə mübarizə aparmaq öhdəliyini qəbul etmələri çox yaxşı olardı.
Belə fürsətlərin açıq qalacağını və ya yenidən olacağını deyə bilmərik. Bəziləri hamının maraqlarına xidmət edən, əziyyətlə qazanılmış sülh və əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı münaqişəyə və rəqabətə sürükləməyi üstün tutur. Dünyanın bu həssas və qeyri-müəyyən dönəmində biz Azərbaycanın sabitliyi və müəyyənliyi təmin edəcək fürsətdən faydalanmasını gözləyirik.
Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr ortaq maraqlarımız, qarşılıqlı firavanlıq və təhlükəsizlik naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonunda COP29-un uğurla keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaq. Ümid edirəm ki, o vaxtadək Siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkə arasında tərəfdaşlıq, əməkdaşlıq üçün yeni dövrü alqışlaya biləcəyik. Hamınıza məhsuldar müzakirələr arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



