Qanunverici orqanda aparılan islahatlar zamanın tələbi idi – DEPUTATIN ŞƏRHİ

Qanunverici orqanda aparılan islahatlar zamanın tələbi idi – DEPUTATIN ŞƏRHİ

“Azərbaycanda aparılan məqsədyönlü, düşünülmüş, konseptual xarakterli islahatlar ölkəmizin hərtərəfli, davamlı inkişafını təmin edir. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Təbii ki, ölkədə aparılan islahatlar, qanunvericilik sistemindən, parlamentdən yan keçə bilməzdi. 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi bu sahədə də aparılan sistemli islahatları dərinləşdirmək, Milli Məclisin fəaliyyətini daha təkmilləşdirmək məqsədi daşıyırdı. Prezident İlham Əliyev 10 mart 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək, bir sıra mühüm məqamlara toxunmuş, Milli Məclis qarşısında vəzifələr müəyyənləşdirmiş, deputatlara öz tövsiyyələrini vermiş və eyni zamanda ciddi mesajlar da göndərmişdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı çıxışında fevral ayında keçirilmiş seçkilərin əsas səbəbinin islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi: “Prezident İlham Əliyev seçki prosesinin uğurla keçdiyini, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd etmişdir. Ölkə başçısı onu da əlavə etmişdir ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Dövlətimizin başçısı Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumların fəaliyyətinə də toxunaraq bildirmişdir ki, siyasi sifariş yerinə yetirən bu qurumun bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir. Ölkə başçısı çıxışında eyni zamanda Avropa Parlamentinin siyasi saxtakarlığına da münasibət bildirib. Prezident “Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir”,- deyərək bu quruma ciddi mesaj göndərib. Prezident siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin labüdlüyünü bildirmiş, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli olduğunu vurğulamışdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə