“Makronun nə demək istədiyi ümumiyyətlə anlaşılmır“ - ŞƏRH EDİLDİ

“Makronun nə demək istədiyi ümumiyyətlə anlaşılmır“ - ŞƏRH EDİLDİ

“İkinci dönəm prezident seçildikdən sonra Fransa prezidenti Emmanuel Makronun fəaliyyəti onun özünü ifşa elementləri ilə zəngindir. Ötən aylar ərzində Fransanın xarici siyasəti, müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyətinə diqqət yetirmək kifayətdir. Bir çox hallarda Makronun bəyanatları, fəaliyyəti nümayiş xarakteri daşıyır və ziddiyətlidir. Həmçinin etdikləri boş söz yığınından başqa bir şey deyil və tamamilə özünü ifşa edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Qəzzada hərbi əməliyyatlarla bağlı Makronun verdiyi bəyanatlar, Ukrayna məsələsindəki mövqeyi də onun haqqında fikir formalaşması üçün yetərlidir: “Xüsusilə də Ukrayna ilə bağlı fikirləri birmənalı deyil və təzad təşkil edir. Bəzi hallarda isə Makronun nə demək istədiyi ümumiyyətlə anlaşılmır. Bu da onu göstərir ki, Makron dünyanın müxtəlif bölgələrində, xüsusilə də Afrikada uğradığı çətinlikləri yeni-yeni fəaliyyətləri ilə ört-basdır etməyə çalışır. Makronun fəaliyyəti bir çox hallarda göstərişə xidmət edir, boş söz yığınından başqa ortada bir şey yoxdur. Ukraynanı müharibəyə sövq edən Makron olsa da, Fransa ən az yardım edən ölkədir.

Sadalanan mənfi cəhətlər Fransanın həm beynəlxalq aləmdə, həm də öz daxilində problemlərə yol açmasına səbəb olur. Fransanın illər əvvəlki reytinqi ilə indiki arasında böyük fərq yaranıb. Bunun məhsuliyyətinin böyük bir hissəsi isə Makronun üzərindədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə